"Liverpul"un Eto'o israrı davam edir
13 Avqust 2014 20:10 İdman"Livepul" "Çelsi"dən ayrılan Samuel Eto'oya növbəti təklif göndərməyə hazırlaşır. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ilk danışıqlar zamanı təcrübəli hücumçu "Liverpul"dan həftəlik 170 milyon avro maaş tələb edib. İngiltərə təmsilçisi həftə sonuna qədər göndərəcəyi ikinci təkliflə kamerunlu futbolçunu müqavilə imzalamağa razı salmağa çalışacaq.
Qeyd edək ki, Eto'o ilə "Ayaks"ın da maraqlandığı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31