Benzema: "Falkaonun transferi məni qorxutmur"
13 Avqust 2014 20:05 İdman"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema "Monako"nun forvardı Radamel Falkaonun komandaya mümkün transferinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "İnside Spanish Football"a danışan fransız futbolçu Falkaonun transferinin onu qorxutmayacağını deyib: "Mənim üçün "Real" dünyanın ən yaxşı komandasıdır. Bu klubun daha bir hücumçu almaq istəməsi normaldır. Falkaonun transferi məni qorxutmayacaq. Əksinə komandam daha da güclənəcək. Madriddə məni hər şey qane edir. Yeni mövsümdə əsas heyətə düşmək və komandamla yeni titullar qazanmaq üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, "Real"ın yaxın günlərdə Falkaonu transfer edəcəyi iddia olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31