"Qəbələ" əsas futbolçularına qapını göstərdi
17 Aprel 2012 14:39 İdman"Qəbələ" iki legioneri - Pavel Doroşevs və Luba Baraninlə yolları ayırmaq qərarına gəlib. Bu haqda Qol.Az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.
O, baş məşqçi Fatih Kavlakın istəyi ilə belə addım atdıqlarını bildirib: "Fatih Kavlak futbolçuların intizamsız hərəkətinə görə onlarla yolları ayırmaq istədiklərini bildirdi. Biz də baş məşqçimizin qərarına hörmətlə yanaşdıq".
Beləliklə, klub rəhbərliyi yeni mövsüm üçün lider futbolçuları olan Doroşevs və Baraninlə müqavilənin müddətini uzatmamaq qərarına gəlib.
Xatırladaq ki, son günlər Doroşevs və Baranin komandanın əsas heyətində yer almırdılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31