Ronaldo: "Bundan artığını istəyə bilməzdim"
13 Avqust 2014 12:59 İdman"Real" (Madrid) klubunun hücumçusu UEFA superkubokunda qalib gəldikləri "Sevilya" ilə oyun haqda danışıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu bu kuboku qazanmağa layiq olduqlarını bildirib: "Bu oyun mənim üçün xüsusi önəm daşıyırdı. Çünki bu, qazandığım ilk superkubok oldu. Gözəl futbol oynadıq və iki qol vurdum. Superkuboku qazanmağa layiq idik. Bundan artığını istəyə bilməzdim. Yeni mövsümə əla başlanğıc oldu".
Qeyd edək ki, dünən "Sevilya"nı 2:0 hesabı ilə məğlub edən "Real" superkuboka sahib çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31