"Real" (Madrid) klubunun yeni transferləri - Xames Rodriqes və Toni Kroos dünən ilk rəsmi oyunlarına çıxıb. Qol.Az-ın məlumatına görə, hər iki oyunçu dünən gecə UEFA superkubokunda keçirilən "Sevilya" ilə matçda əsas heyətdə yer alıblar. Rodriqes ve Kroos debüt oyunlarında qol vura bilməyib. Lakin komandaları 2:0 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31