Ukrayna Braziliya ilə oyundan imtina etdi

Buna səbəb cənubi amerikalıların DÇ-2014-də uğursuz çıxış etmələridir

Ukraynanın futbol yığmasının Braziliya ilə yoxlama görüşü baş tutmayacaq. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, buna səbəb cənubi amerikalıların DÇ-2014-də uğursuz çıxış etmələridir. Ukrayna Futbol Federasiyasının rəsmi bəyanatında bildirilir ki, vasitəçi agent Braziliya yığmasının 3,5 milyon dollar qarşılığında milliləri ilə yoxlama görüşündə oynamağa hazır olduğunu bildirmişdi. Danışıqlardan sonra bu qiymətin 1,5 milyon dollara endirilməsinə nail olunub: "Biz bu təklifi nəzərdən keçirməyə razı olmuşduq. Agent Braziliya yığmasının dünya çempionu olacağı təqdirdə məbləğə 250 min dollar da əlavə olunacağını nəzərimizə çastdırmışdı. Lakin Braziliyanın DÇ-2014-dəki uğursuz çıxışından sonra bu məsələyə bir də qayıtmamağı qərara aldıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31