David Silva daha beş il "Mançester Siti"də
12 Avqust 2014 20:45 İdman"Mançester Siti" klubunun yarımmüdafiəçisi David Silva komandası ilə müqaviləsini yeniləyib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu Mançester təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. "Mançester Siti" mənim ikinci evimdir. Həm meydanda, həm də meydandan kənarda klubda mənə qarşı yaxşı münasibət var. Niyə də komandada qalıb, titullar qazanmağa davam etməməliyəm? Biz son 4 ildə bir sıra uğurlar qazanmışıq" - deyə D.Silva bildirib.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31