Antonio Konte Azərbaycana gəlməyə razı oldu

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması baş məşqçi problemini həll etməyə yaxındı. Apasport.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyasının (İFF) prezidenti postuna yeni seçilən Karlo Tavekkio ilk addım kimi baş məşqçi məsələsinin həll etmək istəyir. İFF başçısı "Yuventus"un sabiq baş məşqçisi Antonio Konte ilə ilkin razılıq da əldə edib. Bunadək millini çalışdırmaqdan imtina edən mütəxəssis Tavekkionun sözünü yerə salmayıb. Yaxın günlərdə tərəflər arasında iki illik müqavilənin şərtlərinin müzakirə olunacağı gözlənilir. Konte isə təkcə əsas yığmada çalışmaqla kifayətlənməyəcəyini, digər milliləri də nəzarətdə saxlayacağını açıqlayıb.

Qeyd edək ki, DÇ-2014-ün final mərhələsindəki uğursuzluqdan sonra istefa verən Çezare Prandelinnin postu bir aydan artıqdı boşdu. Appeninlilər qarşıdakı seçmə mərhələdə Azərbaycan millisi ilə 2014-cü il oktyabrın 10-da Palermoda, düz 1 il sonra eyni gündə Bakıda qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31