“Qarabağ”ın zədəli futbolçularından son xəbər
12 Avqust 2014 20:35 İdmanÇempionlar Liqasının III təsnifat mərhələsində Avstriyada "Zalsburq"la oyunda zədələnənin "Qarabağ"ın futbolçuları İlqar Qurbanovla Maksim Medvedevin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az saytına verdiyi məlumata görə, hər iki futbolçu ən azından yarım ay meydana çıxa bilməyəcək. Avroliqanın pley-off mərhələsində "Tvente" ilə qarşılaşacaq "Qarabağ" bu futbolçuların xidmətindən yalnız avqustun 28-də Hollandiyada keçiriləcək cavab qarşılaşmasında yararlana bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31