“Partizan”ın futbolçusu “Latsio”da?

"Latsio" Serbiyanın "Partizan" klubunun müdafiəçisi Voyslav Stankoviçi transfer etmək istəyir. Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi 26 yaşlı futbolçu üçün qarşı tərəfə 1 milyon avro təklif edib. Lakin "Partizan" rəhbərliyi Avroliqadakı oyunlarına görə, komandanın önəmli müdafiəçisini əldən buraxmaq istəmir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Partizan" Avroliqanın pley-off mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun avqustun 21-i Serbiyada, cavab matçı isə avqustun 28-i Bakıda keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31