"Bakı"nın yeni baş məşqçisi məlum oldu

"Bakı" klubunun yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Bu barədə Qol.Az saytına klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib. O, bildirib ki, komandaya müvəqqəti baş məşqçi təyin olunan İbrahim Uzunca ilə müqavilə imzalanıb. Türkiyəli mütəxəssis qarşıdakı bir il ərzində "Bakı"nı çalışdıracaq.

Qeyd edək ki, İ.Uzunca Milinko Pantiçin dövründə "Bakı"nın əvəzedici komandasının baş məşqçisi idi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31