Portuqaliya superkubokunun qalibi müəyyənləşdi

Futbol üzrə Portuqaliya superkubokunun qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə çempionatın qalibi "Benfika" və ölkə kubokunun sahibi "Rio Ave" komandaları üz-üzə gəlib. Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da qol olmayınca qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Benfika" klubu (3:2) tarixində 5-ci dəfə superkuboku muzeyinə aparıb.

Qeyd edək ki, Portuqaliya superkubokuna ən çox "Portu" klubu sahib çıxıb. Komanda 20 dəfə ölkə superkubokunun qalibi olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31