"Qarabağ" və "Tvente"nin şansları bərabərdir"

"Qarabağ"ı əvvəlki illərlə (2009) müqayisə etmək olmaz. Ağdam təmsilçisi indi daha güclüdür". Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun aşağı yaş qrupları üzrə komandasının direktoru Con van Loen Hollandiya mətbuatına açıqlamasında deyib. Hollandiyalı mütəxəssis "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Tvente" ilə oyunda şanslarının bərabər olduğunu bildirib: "Qarabağ" komandaya yaxşı nəticələr qazandıran legionerlərlə daha güclüdür. Mərhələ keçmək şanslarını 50-nin 50-yə qiymətləndirirəm. Ancaq bir şeyi deyə bilərəm ki, Bakıda stadionda "Qarabağ"a böyük azarkeş dəstəyi olacaq. Hansı ki, "Zalsburq"la oyunda bunu görmüşdük".

Qeyd edək ki, "Qarabağ" 2009/2010 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Tvente" ilə qarşılaşmış və iki oyunun nəticəsinə görə (1:3, 0:0) mübarizəni dayandırmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31