Kloze Almaniya millisindən getdi
11 Avqust 2014 20:20 İdmanAlmaniya millisinin hücumçusu Miroslav Kloze yığmadakı karyerasını başa vurub. Qol.Az-ın məlumatına görə, bu barədə 36 yaşlı futbolçunun özü Almaniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib. "Milli komandadan ayrılmaq üçün bundan yaxşı vaxt ola bilməzdi" deyə Kloze bildirib. "DÇ-2014"də vurduğu iki qolla mundiallar tarixinin ən məhsuldar futbolçusu (16 qol) adını qazanan Kloze ümumilikdə Almaniya millisində keçirdiyi 137 oyunda 71 dəfə rəqib qapılarına yol tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31