Qurban Qurbanov: “Səhvimizi başa düşürük”

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Topaz" Premyer Liqasının açılış oyununda baş verən texniki səhv barədə danışıb. Q.Qurbanov qeyd edib ki, "Sumqayıt"la keçirilən qarşılaşmanın 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi: "Beləki ilk olaraq Namiq Yusifovun əvəzinə Meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. İlk olaraq Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm". Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"ı 3-0 hesabı ilə məğlub etmişdi. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hesabın ləğv ediləcəyini deyib. O, bildirib ki, limiti pozduğuna görə, "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət veriləcək. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31