Droqba altı aylıq sıradan çıxdı

"Çelsi" klubunun futbolçusu Didye Droqba zədələnib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Ferençvaroş"la yoldaşlıq matçının 27-ci dəqiqəsində zədələnib və oyunu tərk etmək məcburiyyətində qalıb. Fil Dişi Sahili yığmasının hücumçusunun altı ay yaşıl meydanlardan uzaq qalacağı iddia edilir. Droqbanın zədəsinin ciddi olub-olmadığı barədə "Çelsi" hələlik rəsmi açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31