"Qarabağ"dan iki transfer birdən
10 Avqust 2014 13:21 İdmanAzərbaycan çempionu "Qarabağ" daha iki transfer həyata keçirib. Apasport.az saytının məlumatına görə Ağdam təmsilçisi Danilo Dias, Tərlan Quliyev və Cavid Tağıyevdən sonra iki gənc futbolçunu öz sıralarına qatıb.Bunlar "Bakı"nın yetirmələri olan Şəhriyar Əliyevlə Namiq Ələsgərovdu. 1992-ci il təvəllüdlü Şəhriyar sağ cinah müdafiəçisi, 1995-ci il təvəllüdlü Namiq isə hücumçudu.Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.Məlumatı Ağdam klubunun rəsmi saytı yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31