Azərbaycan çempionatı: "İnter" "Qəbələ"yə, "Qarabağ" "Sumqayıt"a qarşı
10 Avqust 2014 13:16 İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları davam edir.Milli.Az qol.az-a istinadən bildirir ki, bu gün daha üç qarşılaşma keçiriləcək.Azərbaycanın Avropa Liqasındakı təmsilçisi Bakının "Neftçi" klubu səfərdə Premyer Liqanın debütantı "Araz Naxçıvan"ın qonağı olacaq. Naxçıvanda keçiriləcək oyun saat 18:00-da başlayacaq.Avroliqadakı digər təmsilçimiz "Qarabağ" klubu isə ilk turda Sumqayıta səfər edəcək. Ağdam təmsilçisi orada yerli "Sumqayıt" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunun start fiti saat 20:00-da veriləcək.Turun mərkəzi qarşılaşması Bakıda baş tutacaq. Burada "İnter" klubu ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" komandasını sınağa çəkəcək. "İnter Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.Qeyd edək ki, mövsümə ötən gün keçirilən AZAL - "Xəzər Lənkəran" oyunu ilə start verilib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Turun digər matçı "Bakı" - "Simurq" oyunu isə məlum səbəblərdən təxirə salınıb.
10 avqust (bazar)
Azərbaycan Premyer Liqası, I-ci tur
18:00. "Araz Naxçıvan" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Naxçıvan Muxtar Respublika stadionu
20:00. "İnter" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev
"İnter Arena" stadionu
20:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov
"Sumqayıt Arena"
9 avqust (şənbə)
AZAL -"Xəzər Lənkəran" - 1:1
Qollar: Rauf Əliyev, 35 (0:1), Tomi Kostadinov, 75 (1:1)
Qırmızı vərəqə: Şəhriyar Rəhimov, 60 (AZAL)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov.
Bakı. "AZAL Arena".
"Bakı" - "Simurq" (Təxirə salınıb)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.