Ersun Yanal istefa verdi VIDEO
Ersun Yanal: "Fənərbaxça" klubunda çalışdığım müddət ərzində böyük şərəf duydum"
10 Avqust 2014 00:04 İdmanİstanbulun "Fənərbaxça" futbol klubunun texniki direktoru Ersun Yanal Əziz Yıldırımla arasındakı problemlər səbəbiylə vəzifəsi buraxdığını deyib.
ANS PRESS-in məlumatına görə, Ersun Yanal istefa qərarını Anadolu agentliyinə göndərib. Ötən mövsüm komandanın başına gətirilən təcrübəli texniki adam sarı-göylüləri çempionluğa daşımışdı.
Ersun Yanal Anadolu agentliyinə etdiyi yazılı açıqlamada "Fənərbaxça" klubunda çalışdığı müddət ərzində texniki direktor olaraq vəzifə almaqdan böyük şərəf duyduğunu ifadə edərək "Vəzifəyə gəldiyim mövsüm komandamızı çempion etmiş bir texniki adam olaraq bu günkü şərtlərdə vəzifəmi davam etdirmək mümkün deyil" ifadəsini yazıb.
Ersun Yanal
Texniki direktorluğu müddətində özünə dəstək yığan "Fənərbaxça" tərəfdarına, rəhbərliyinə, media və idman ictimaiyyətinə təşəkkür edən Yanal ölkə futboluna hər səviyyədə kömək etməyə davam edəcəyini deyərək "Qanunlar qazandığımız və qazanacağımız puldan hər zaman daha üstündür" fikirlərini bildirib.
Əziz Yıldırım
"Fənərbaxça"nın başçısı Əziz Yıldırım son günlərdə mediada yayımlanan xəbərlərdən sonra dünən mətbuatın qarşısına çıxmışdı. Yıldırım komandanın çox tətil etdiyini deyib: "Ersun Yanala bu haqda xəbərdarlıq etdik, təhdidlərimi dinləməsə, lazım olanı edərik".