“Barselona”nın yeni baş məşqçisi açıqlandı
27 Aprel 2012 19:24 İdmanİspaniyanın "Barselona" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.lent.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Sandro Rossel aprelin 27-də keçirilən mətbuat konfransında açıqlama verib. Rossel bildirib ki, bu, mövsümün sonunda istefa verəcək Xosep Qvardiolanın köməkçisi Tito Vilanovadır. Qvardiola iyunun 30-da başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib. 41 yaşlı mütəxəssis qərarını belə əsaslandırıb: "Mən həmişə qısa müddətli müqavilələr bağlamağa can atmışam. Çünki "Barselona"da tələblər çox yüksəkdir. Biz son bir həftədə iki yarışda məğlub olmuşuq. Ona görə də qərarımı açıqlamağın əsl vaxtıdır. Səbəb çox sadədir. "Barselona"nın baş məşqçisi olduğum 4 il ərzində çox yoruldum. İnanıram ki, yeni baş məşqçi mənim artıq "Barsa"ya verə bilmədiyimi komandaya bəxş edəcək".