Qurban Qurbanov: “Heç kim indidən deyə bilməz ki, biz mərhələni keçmişik”
1 Yanvar 1970 04:33 İdman"Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Maltanın "Valletta" komandası ilə düşmələrini klubun saytına şərh edərkən deyib. O, rəqiblərinin avrokubok təcrübəsinin olduğunu deyib: "Malta millisində bir neçə futbolçusu çıxış edir. Azərbaycan millisiylə qarşılaşdığı zaman mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük. Heç kim indidən deyə bilməz ki, biz mərhələni keçmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdur. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi hazırlaşmalıyıq".