İtaliya Futbol Federasiyasından iki klubun prezidentinə şok cəza
27 Aprel 2012 13:25 İdmanİtaliya Futbol Federasiyası (İFF) iki klubun - "Latsio" və "Palermo"nun prezidentlərini ağır cəzalandırıb.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, buna hər iki prezidentin bəzi transferlər zamanı qanun pozuntularına yol vermələri səbəb olub.
Aparılan araşdırmalardan sonra İFF İntizam Komitəsi "Latsio" prezidenti Klaudio Lotitonu 10 ay, "Palermo"nun rəhbəri Maurizio Zamparinini isə bir illik (12 ay) futboldan kənarlaşdırıb."Latsio" prezidenti Mauro Zarate və Julio Kruzun, "Palermo" rəhbəri isə Pastore, Akuah, Morqanella, Laribi və Melintenin transferlərində günahkar bilinərək cəzalandırılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31