Avropa Liqası: Portuqallara son dəqiqə şoku, Ardanın komandası finalda! VIDEO
27 Aprel 2012 13:23 İdmanFutbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, bu mərhələnin hər iki cavab oyunu eyni gündə baş tutub.
Bu mərhələdə birdən-birə üç komanda ilə təmsil olunan İspaniyanın iki klubu bir-biri ilə qarşılaşıb. Belə ki, "Valencia" ilk oyunda məğlub olduğu "Atletico"dan qisas almağa çalışıb. Lakin səfərdə də qələbə qazanan Madrid klubu adını finala yazdırmağı bacarıb.
Digər yarımfinal cütündə isə İspaniyanın üçüncü təmsilçisi - "Athletic" Portuqaliya klubu "Sporting"i qəbul edib. İspanlar səfərdəki yenilginin qisasını artıqlaması ilə çıxmağı bacarıblar. Bu üzdən finalda İspaniya derbisi baş tutacaq: "Athletic" - "Atletico".
Avropa Liqası
Yarımfinal (cavab oyunları)
26 aprel
Valencia (İspaniya) - Atletico (İspaniya) - 0:1 (ilk oyun 2:4)
Qol: Adrian, 60.
Athletic (İspaniya) - Sporting (Portuqaliya) - 3:1 (1:2)
Qollar: Laskurain, 17, Qomes, 45, Lyorente, 88 - Volfsvinkel, 44.