Mourinyodan şok açıqlama
28 Aprel 2014 14:49 İdman"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqada "Liverpul"a qalib gəldikləri oyundan sonra açıqlama verib. Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, "Sky Sport"a danışan portuqaliyalı mütəxəssis sözügedən qarşılaşmada qələbə qazanmalarına baxmayaraq, çempion ola bilməyəcəklərini düşünür:
"Bu üç xal liqanı ilk üç pillədə bitirmək üçün bizə çox lazım idi. Ancaq çempion ola bilməyəcəyik. Birinci "Mançester Siti" və ya "Liverpul" olacaq. Üçüncü olsaq belə, bizdən yüksək pillədə olan klubları məğlub etmiş olacağıq".
Qeyd edək ki, dünən səfərdə "Liverpul"u 2:0 hesabı ilə məğlub edən "Çelsi" liderlə xal fərqini 2-yə endirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31