İngiltərədə ilin ən yaxşı futbolçusunun adı məlum oldu
28 Aprel 2014 13:15 İdmanİngiltərənin "Liverpul" futbol klubunun uruqvaylı hücumçusu Luis Suarez premyer-liqada ilin ən yaxşı oyunçusu seçilib. "Liverpul" aprelin 27-də "Çelsi" ilə qarşılaşmada 0-2 hesabı ilə məğlub olmasına baxmayaraq turnir cədvəlindəki liderliyini qoruyur. Klubun bu mövsümdə vurduğu qolların təkcə 30-u Suarezə məxsusdur. İngiltərə mətbuatının verdiyi məlumata görə, uruqvaylı uğurunu komanda yoldaşları və məşqçilərinə həsr etdiyini bildirib. "İlin ən yaxşı oyunçusu" nominasiyasında ikinci yerdə "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard, üçüncü yerdə isə "Mençester Siti"nin oyunçusu Yaya Ture qərarlaşıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31