Fənərbaxçalılar Qalatasaray formalarını yandırdılar

Komandalarının çempionluğunu qeyd edən azarkeşlər “Qalatasaray” komandasına aid məhsulların satıldığı “GS Store” mağazasına hücum ediblər

Ötən gün "Fənərbaxça"nın çempion olmasından sonraq bu komandanın azarkeşləri "Qalatasaray" komandasına aid məhsulların satıldığı "GS Store" mağazasına hücum ediblər.

ANS PRESS-in xəbərinə görə, azarkeşlər "Bağdad" prospektindəki mağazanın metal jalüzlərini açıb, şüşələrini sındırıb, mağazanı yandırıblar.

Özünü itirmiş azarkeşlər həmçinin mağazadan çıxardıqları "Qalatasaray" formalarını küçədə yandırıblar.

Baş vermiş hadisələr zamanı Bağdad prospektində uzun müddətli tıxac yaranıb.

Diqqəti cəlb edən başqa bir məqam isə bəzi azarkeşlərin baş verənləri telefonları ilə qeyd etməsi olub.

Qeyd edək ki, "GS Store" mağazasının Fənərbaxçalı azarkeşlərin hücumuna məruz qalması hadisəsi daha əvvəl də baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31