"Mançester Siti" Con Terrini istəyir
21 Aprel 2014 20:30 İdman"Çelsi" klubunun müdafiəçisi Con Terri mövsümün sonunda komandasını dəyişə bilər.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, ingilis futbolçu ilə "Mançester Siti" klubu yaxından maraqlanır.
London təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq Terri ilə yeni sözləşmə imzalaya bilər. Lakin "Çelsi"nin bir illik müqavilə təklifi 33 yaşlı futbolçunu narazı salıb. "Mançester Siti" klubu isə Terriyə iki illik müqavilə təklif edib. Təcrübəli futbolçunun "Çelsi" ilə anlaşmayacağı təqdirdə yeni mövsümdən "Mançester Siti"də oynayacağı bildirilir.
Qeyd edək ki, 1998-ci ildən "Çelsi"nin şərəfini qoruyan Terri keçirdiyi 420 oyunda 34 dəfə rəqib qapılarına yol tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31