Syomin: "İzmaylovun heç bir zədəsi yoxdur"
21 Aprel 2014 21:10 İdman"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "Rəvan"la baş tutan görüşdə komandanın futbolçusu Marat İzmaylovun zədələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "R-Sport"a agentliyinə danışan rusiyalı mütəxəssis İzmaylovun zədəsinin olmadığını deyib:
"İzmaylovun hansısa taksi ilə getməsi tamamilə yanlış məlumatdır. Hazırda onun heç bir zədəsi yoxdur".
Qeyd edək ki, Syomin "Rəvan"la görüşün (2:1) fasiləsində Marat İzmaylovu Leonardo da Silva ilə əvəzləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31