Təhsil kuboku başa çatır

"Təhsil kuboku" uğrunda futbol yarışının qrup mərhələsi sona çatmaq üzrədir. "OLAYLAR"=ın nazirliyə istinadən verdiyi xəbərə görə,  gərgin mübarizə şəraitində keçən oyunlarda komandalar ötən mövcümə nisbətən fərqli nəticələr göstərirlər. Bu həftə baş tutacaq son oyunlardan sonra səkkizdə bir mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşəcək. Bundan sonra növbəti mərhələdə güclərini sınayacaq komandalar püşkatma yolu ilə seçiləcək. Qeyd edək ki, "Təhsil kuboku" uğrunda futbol yarışı Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən təşkil olunub. Tələbələr arasında keçirilən yarışa 29 ali məktəbin komandası qoşulub. Oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31