PSJ-dən Loran Blana yeni müqavilə
21 Aprel 2014 12:21 İdmanPSJ klubu baş məşqçisi Loran Blan yeni müqavilə təklif edib. Qol.Az-ın "Get French Football"a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Paris təmsilçisinin sükanı arxasında daha iki qalacaq.
Yaxın günlərdə Blanla rəsmi müqavilə imzalanacaq. Lakin Blanın qarşıdakı iki il ərzində nə qədər maaş alacağı haqda məlumat verilməyib.
Qeyd edək ki, Blan 2013-cü ildən PSJ klubunu çalışdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31