Azərbaycan futbolunda görünməmiş olay: futbolçu hakimə kəllə vurdu
21 Aprel 2014 07:06 İdmanAzərbaycan Premyer Liqasının "Bakı" - "İnter" matçında xoşagəlməz hadisə baş verib. Lent.az-ın qol.az-a istinadən məlumatına görə, görüşün 72-ci dəqiqəsində kobud oyuna görə sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına kəskin şəkildə etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.
Qeyd edək ki, bu hərəkətə görə AFFA-nın İntizam Komitəsi futbolçuya ağır cəza verə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31