Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin təşkilatçıığı  ilə birgə tədbirlər planına əsasən silsilə tədbirlər , idman yarışları keçirilir. Baş İdarədən "OLAYLAR"a daxil olan məlumata görə, tədbirlər planina əsasən DİN İdman Cəmiyyətində futzal üzrə turnirə start verilib. Turnirdə  DİN-nin  strukturuna aid olan  müxtəlif  orqanlardan 13 komanda   dairəvi sistem üzrə mübarizə aparacaqdır. Turnirdə ilk üç yeri tutmuş komandaların heyətindən paytaxt yığma komandasının tərkibi müəyyən olunacaq.Tədbirin açılış mərasimində iştirak edən Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov və BŞGİBİ-nin rəisi Raqif Abbasov  çıxış edərək  Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31