Miroslav Kloze: "Latsio"dan ayrıla bilərəm"
18 Aprel 2014 13:10 İdman"Latsio" klubunun hücumçusu Miroslav Kloze komandadakı gələcək taleyi haqda danışıb. Qol.Az-ın məlumatına görə, almaniyalı futbolçu "Lazionews.eu"ya açıqlamasında mövsümün sonunda komandadan gedə biləcəyini deyib: "Latsio" ilə daha öncə və yaxın zamanlarda danışıqlarım oldu. Lakin hələ ki, komanda ilə rəsmi müqavilə imzalamamışam. Digər klublarla danışıqlar apardığımı inkar etmirəm. Ancaq əsas məqsədim "Latsio"da qalmaqdır. Roma təmsilçisi ilə razılığa gəlsək, yeni mövsümdə də burada qalacam".
Qeyd edək ki, 35 yaşlı futbolçu 2011-ci ildə "Bavariya"dan "Latsio"ya transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31