“Qvardiola "Barselona"ya qaytarılmalıdır”
17 Aprel 2014 20:02 İdman"Barselona"nın əfsanəvi futbolçusu olmuş Yohan Kroyf klubun keçmiş baş məşqçisi Pep Qvardiolanın yenidən Kataloniya təmsilçisində işləməsini istəyir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssisin "Barsa"ya qayıtmasının komandaya fayda verəcəyini düşünür: "Rəhbərlik Qvardiolanı yenidən "Barselona"ya gətirməlidir. Əgər Xuan Laporta prezident olsa, ilk növbədə bunu etməlidir. Çünki "Barselona" üçün ən yaxşısı Qvardiolanın qayıtması olacaq".
Qeyd edək ki, P.Qvardiola 2008-2012-ci illərdə "Barsa"nı çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31