Qaret Beyl: "Xəyallarım gerçək oldu"

İspaniya kubokunun finalında "Barselona" ilə matçda (2:1) ikinci qolu vuraraq komandasına kuboku qazandıran "Real"ın futbolçusu Qaret Beyl qalib gəldikləri oyunu şərh edib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi bu uğuru əldə etdikləri üçün çox sevindiyini deyib:  "Xəyallarım gerçək oldu. "Real"a kuboklar qazanmağa gəlmişəm. Ümid edirəm ki, bu, bizim cari mövsüm qazanacağımız son kubok olmayacaq. Mübarizə apardığımız bütün turnirlərdə çempion ola bilərik. Bunun üçün çalışacağıq".

Qeyd edək ki, ötən yay "Real"a transfer olunan Q.Beyl bu mövsüm 39 matçda oynayıb və 20 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31