İsko: "Belə oynamağa davam etsək..."

"Real" (Madrid) klubunun gənc futbolçusu İsko dünən "Barselona" ilə baş tutan kubok oyunu haqda danışıb. Qol.Az-ın məlumatına görə, İsko İspaniya mətbuatına açıqlamasında mövsümü daha çox titulla başa vura biləcəklərini deyib:  "Barselona" ilə oyun böyük güc tələb edirdi. Buna baxmayaraq qələbə qazanmaqla kuboka sahib çıxdıq. Bu zəfər mövsümün qalan oyunları üçün bizə əlavə stimul olacaq. Əgər belə oynamağa davam etsək, digər titulları da qazanacağıq".

Qeyd edək ki, finalda "Barselona"ya 2:1 hesabı ilə qalib gələn "Real" kuboka sahib çıxıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31