Oleq Bloxin "Dinamo"dan qovuldu
17 Aprel 2014 20:30 İdmanUkraynanın "Dinamo" (Kiyev) klubunun baş məşqçisi Oleq Bloxin istefaya göndərilib. qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın son turunda "Şaxtyor" (Donetsk) klubuna 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.
Kiyev klubunun prezidenti İqor Surkis komandanın uğursuz çıxışlarından sonra təcrübəli mütəxəssislə yolları ayırmağı qərara alıb. "Dinamo"nu kimin çalışdıracağı hələlik məlum deyil.
Qeyd edək ki, Premyer Liqanın 23 turundan sonra "Dinamo" 43 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31