Martino: "Məğlub olduğumuz üçün əzab çəkirəm"

"Real"ı təbrik edirəm. Bizim üçün heç yaxşı olmadı. Mübarizə apardığımız bütün turnirlərdə pis nəticə əldə etdiyimiz bir həftə oldu. La Liqada çempion olmaq üçün çalışacağıq".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino İspaniya kubokunun finalında "Real"a məğlub (1:2) olduqları oyundan sonra deyib.

O, qarşılaşmanın onlar üçün çox çətin keçdiyini bildirib: "Buraya kuboku qazanmaq üçün gəlmişdik.  Məğlub olduğumuz üçün əzab çəkirəm. Son dönəmlərdə istədiyimiz nəticələri əldə edə bilmirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31