Ançelotti: "Kuboku qazanmağa layiq idik"
17 Aprel 2014 13:59 İdman"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun finalında "Barselona"ya qalib gələrək kuboku qazandıqları oyunu şərh edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis Kriştiano Ronaldonun yoxluğunda komandasının daha yaxşı oynamağa çalışdığını deyib:
"Futbolçularımın hər biri əlindən gələni etdi. Çox yaxşı oyun nümayiş etdirdik. Kuboku qazanmağa layiq idik. Bu uğurumuz özümüzə olan inamı daha da artırdı"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31