Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri başlayır
17 Aprel 2014 12:38 İdmanAprelin 19-da "AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun və "Sinerji" Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi mini futbol turniri start götürəcək. Bankdan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, yarışda müxtəlif adlarda AtaHolding Şirkətlər Qrupuna və "Sinerji" Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları qüvvələrini sınayacaqlar. Reqlamentə əsasən, turnirə qatılacaq 16 komanda 4 qrupda gücünü yoxlayacaq. Qrupda ilk 2 yeri tutan klublar növbəti mərhələyə vəsiqə qazanacaqlar. AFFA hakimlər briqadasının idarə edəcəyi yarışın artıq püşkatma mərasimi keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31