Toni Kroos qərarını verdi
16 Aprel 2014 20:44 İdman"Bavariya"nın futbolçusu Toni Kroos gələcək karyerası ilə bağlı qərarını verib.
Qol.Az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçinin meneceri onun müqaviləsi başa çatanadək Münhen klubunda qalacağını deyib. Kroosun meneceri onu da qeyd edib ki, "Mançester Yunayted" futbolçu üçün heç bir təklif göndərməyib:
"Heç bir klubla razılığa gəlməmişik. Kroos 2015-ci ilə qədər "Bavariya"da qalacaq".
Qeyd edək ki, "Mançester Yunayted"in futbolçu üçün müqavilə təklif etdiyi iddia olunurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31