"Barselona"nın hücumçusu "Yuventus"un hədəfində
16 Aprel 2014 20:50 İdmanMövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilən Aleksis Sançez İtaliyadan təklif alıb.
Qol.Az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, çilili futbolçu "Yuventus" klubunun maraq dairəsinə düşüb.
Turin təmsilçisi artıq indidən Sançezlə danışıqlara başlamaq niyyətindədir. Təcrübəli futbolçu ilə razılıq əldə olunarsa, Sançez yeni mövsümdən "Yuventus"un şərəfini qoruyacaq.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2011-ci ildə "Udineze"dən "Barselona"ya transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31