Azərbaycanlı idmançı Brestdə iki medal qazanıb
16 Aprel 2014 16:47 İdmanÜzgüçülük idman növü üzrə Brest şəhərində keçirilən Belarus açıq çempionatında azərbaycanlı idmançı Elvira Həsənova iki medal əldə edib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə üzgüçümüz sərbəst üzgüçülük üslubunda 50 m məsafəni 27.69 san. qət edərək qalib olub. 100 m məsafəni isə Elvira Həsənova sərbəst üzgüçülük üslubunda 1 dəq. 00.05 san müddətində başa vuraraq yarışın gümüş medalını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31