Məsut Özil qayıdır

Bir müddətdir ki, zədə səbəbindən yaşıl meydanlardan uzaqda qalan "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil futbola qayıdır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türk əsilli alman oyunçunun "Hall Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, M.Özil Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə matçda zədələnmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31