Ançelottidən Ronaldo açıqlaması
15 Aprel 2014 21:03 İdman"ın zədəli futbolçusu Kriştiano Ronaldonun İspaniya kubokunun finalında "Barselona" ilə matçda iştirak edib-etməyəcəyi dəqiqləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti portuqaliyalı hücumçunu bu oyuna buraxmaqla risk etməyəcəklərini açıqlayıb:
"Ronaldonun zədəsi çox ciddi deyil. Ancaq o, "Barselona" ilə görüşdə iştirak etməycək. Kriştiano sabah məşqlərə başlayacaq, sonra isə final qarşılaşmasını izləməyə gedəcək".
Qeyd edək ki, "Real" - "Barselona" matçı İspaniya vaxtı ilə sabah saat 21:30-da (Bakı vaxtı ilə aprelin 17-i, saat 00:30) başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31