Qvardiola: "Onun "Bavariya"da qalmasını istəyirəm"

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola futbolçusu Toni Kroosun Münhen təmsilçisindən ayrılmasını istəmir. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis 24 yaşlı oyunçunun komandada qalmasının onlar üçün daha yaxşı olacağını deyib:

"Mən də, rəhbərlik də onun buradan ayrılmamasını istəyirik. Ancaq yenə də son qərarı Kroos verəcək. Biz onun komandada qalmasının tərəfdarıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31