Pirlo: "Qvardiola məni "Barselona"da görmək istəyirdi"

"Yuventus" klubunun futbolçusu Andrea Pirlo daha öncə "Barselona"dan təklif aldığını bildirib.Qol.Az-ın məlumatına görə, "L'Equipe"yə danışan italiyalı futbolçu "Barselona"nın sabiq çalışdırıcısı Pep Qvardiolanın bir neçə il öncə onu komandasında görmək istədiyini etiraf edib:

"Qvardiola dedi ki, mən "Barselona"ya lazımam. "Barselona"nın yaxşı komanda olduğunu, ancaq mənimlə daha da güclənəcəyini bildirdi. O, məni Xavi, İniyesta və Busketsin yanında oynatmağı düşünürdü. Dünya səviyyəli futbolçu olduğumu və "Barsa"da oynamağımı çox istədiyini deyirdi. Lakin həmin vaxt "Milan" "Barselona"nın təklifini rədd etmişdi. Bu səbəbdən transfer baş tutmadı".

Qeyd edək ki, Pirlo 2001-2011-ci illərdə "Milan"ın şərəfini qoruyub və keçirdiyi 284 oyunda 32 qola imza atıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31