"Çelsi"nin futbolçusu "Milan"ın hədəfində
16 Aprel 2014 02:07 İdman"Çelsi" klubunun müdafiəçisi Eşli Koul daha bir komandanın transfer hədəfinə düşüb. Qol.Az-ın Britaniya mətbuatına görə, ingilis futbolçu ilə "Milan" klubu yaxından maraqlanır. İtaliya təmsilçisinin baş məşqçisi Klarens Zeedorf yeni mövsümdən Koulu komandasında görmək istəyir. "Çelsi"nin əsas heyətindən kənarda qalan təcrübəli futbolçunun da mövsümün sonunda komandadan ayrılmaq istədiyi bildirilir. Lakin 33 yaşlı futbolçu hələlik qərar verməkdə tələsmir.
Qeyd edək ki, Koulla Türkiyənin "Beşiktaş" və Fransanın "Monako" klubları da yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31