"Barselona" FIFA-nın yeni oyunçuların qeydiyyatına qoyduğu qadağa ilə bağlı apelyasiya şikayəti verir

İspaniyanın "Barselona" futbol klubu Lozannadakı İdman Arbitraj Məhkəməsinə (İAM) şikayət etmək niyyətindədir. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yerli KİV-ə istinadən yayıb.

Katalonların şikayəti Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) komandaya yeni futbolçuların qeydiyyatına qoyduğu qadağa ilə bağlıdır.

FIFA "Barselona"ya iki transfer pəncərəsi dövründə yeni oyunçuların qeydiyyatını qadağan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31