Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçiriləcək
15 Aprel 2014 14:30 İdmanYeni Azərbaycan Partiyası Gənclər Birliyi "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi ilə birgə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə gənclər arasında şahmat çempionatı keçirəcək. TUMİB-dən "OLAYLAR"a daxil olan məlumata görə, çempionatda Bakı şəhəri rayonlarını, Abşeron rayonunu və Sumqayıt şəhərini təmsil edən həvəskar gənclərdən ibarət komandalar həm komanda hesabında, həm də fərdi şəkildə yarışlara qatılacaqlar. Qaliblərin mükafatlandırılması Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31